adalet.az header logo
  • Bakı -°C
02 Dekabr 2025 08:09
24
ƏDƏBİYYAT
A- A+

Gəl yuxuma,görüm səni !

İstəməzdin mən ağlayam,

Başıma qara bağlayam,

Mən dərd çəkəm,qəm saxlayam.

Gəl yuxuma, görüm səni!

******

Xəstə kimi qalmaz idin,

Sən gülərdin,ölməz idin,

Qəlbimə qəm salmaz idin.

Gəl yuxuma, görüm səni!

******

Mənim üçün dərd çəkərdin,

Qəm-kədərə sədd çəkərdin,

Qəlbimə sevinc əkərdin.

Gəl yuxuma, görüm səni!

******

Övladlar “ana” deyəndə,

Kimsə balasın öyəndə,

Qəhərlənib baş əyəndə,

Gəl yuxuma, görüm səni!

******

Dedin: “Ölsəm, ağlama sən,

Qoyma düşə qəlbinə çən.”

Necə dözüm dərdinə mən?

Gəl yuxuma, görüm səni!

******

Neçə vaxtı köç etmisən,

Çıxıb evimdən getmisən,

Xəyal olub sən itmisən.

Gəl yuxuma, görüm səni!

******

 

İndi burda tək qalmışam,

Fikrə-xəyala dalmışam,

Sənsiz solub,saralmışam.

Gəl yuxuma, görüm səni!

******

Sən gedəni dünyam uçub,

Yuxularım ərşə qaçıb,

Güllərim də kədər açıb.

Gəl yuxuma, görüm səni!

******

Necə dözürsən ahıma?

Rəng qatırsan sabahıma,

Yalvarıram, gəl yuxuma.

Gəl yuxuma, görüm səni!

******

Anamın istəyi ilə yazdığım bu şeiri,əzizini itirmiş bütün insanlara həsr edirəm.

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.