adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Aprel 2022 17:00
2740
LAYİHƏ

Qubada “Birliyimizin rəmzi - Zəfər tarixi” adlı tədbirlər keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kəndlərin İnkişafı” Uşaq və Gənclər İctimai Birliyi “Birliyimizin rəmzi - Zəfər tarixi” adlı tədbirlərin təşkili layihəni icra edib.

Adalet.az xəbər verir ki, layihənin məqsədi regionda yeniyetmələrin Şanlı Qələbəmiz, Zəfər tariximiz haqda dolğun şəkildə məlumatlanması, onların Vətən müharibəsi qəhrəmanlarını, şəhid və qazilərimizi tanımasıdır.

Layihə çərçivəsində Quba rayonunda keçirilən tədbirlərdə layihə rəhbəri Vasif Musayev, Agentliyin əməkdaşı Xatirə Bəşirova, layihənin eksperti Xədicə Kərimova layihənin əhəmiyyətindən danışıblar. Yeniyetmələrə Ali Baş Komandanın həm ön cəbhədə, həm də informasiya cəbhəsində peşəkarlığı, Azərbaycanın ordusunun gücü, əsgərlərimizin, şəhid və qazilərimizin qəhrəmanlıqları haqda ətraflı məlumatlar verilib. Yeniyetmələrə üzərilərinə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlmələri təvsiyə edilib və vətənpərvər gənc kimi yetişmələrinin əhəmiyyəti izah edilib.