adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Avqust 2022 13:02
293
HADİSƏ

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbçilərimizə qarşı törətdiyi terror-təxribatına cavab olaraq keçirilən “Qisas” əməliyyatı zamanı xəsarət alan erməni əsgərlərinin vəziyyəti açıqlanıb.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri (üz, bud, döş qəfəsi və s.) alan 19 hərbi qulluqçudan yeddisinin vəziyyəti qənaətbəxş, birinin orta ağır, digərinin isə stabildir.(modern.az)

Qeyd edək ki, avqustun 3-də Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.