adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Noyabr 2022 08:08
1269
LAYİHƏ

“Qida təhlükəsizliyi müasir həyatımızın təməlidir” layihəsi icra olunur

“Faiq” Kənd təsərrüfatı məhsulları istehsalçılarının İctimai Birliyi Quba rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qida təhlükəsizliyi müasir həyatımızın təməlidir” layihəsini həyata keçirir.

Layihənin icrasında əsasməqsəd orqanik kənd təsərrüfatı məhsulları və qida təhlükəsizlizliyi barədə yeniyetmələr və gənc nəsilin məlumatlanması və onların gələcəkdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının təşviqi sahəsində fəal iştirakçılığına stimul verməkdir.

 Tədbirlərdə bilidirlib ki, ərzaq təhlükəsizliyinin əsas məqsədi əhalini zəruri, ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə təmin etməkdir. Ərzaq təhlükəsizliyi indiki dövrdə hər bir dövlətin diqqət mərkəzindədir. Bu gün ərzaq təhlükəsizliyi problemi dedikdə iki məna başa düşülür. Bunlardan biri hər bir ölkənin özü-özünü lazimi qida məhsulları ilə təmin etməsi, digəri isə əldə olunan məhsulların ekoloji təhlükəsizliyi, yəni insan orqanizminə mənfi təsir göstərə biləcək qatqılarsız məhsullardır. Azərbaycan iqtisadiyyatına töhfə baxımından kənd təsərrüfatı neft və tikinti sahəsindən sonra üçüncü yeri tutur. MDB ölkələri arasında kənd təsərrüfatı məhsullarının əsas istehsalçılarından olan Azərbaycan, idxalın əvəzlənməsi, o cümlədən, ixrac üçün kənd təsərrüfatını və ərzaq sənayesini daha da inkişaf etdirmək niyyətindədir. Bu gün kənd təsərrüfatı sahəsindən daha çox ümumi daxili məhsul əldə etmək potensialının artırılması qarşıda duran vəzifələrdəndir. Bu vəzifələr icra olunduqda Azərbaycanın kənd təsərrüfatı və əlaqəli sahələrdən daha yüksək qazanc əldə etməsinə imkan verəcək. Dünyanın orqanik məhsullar bazarının sürətli inkişafı, artmaqda olan qida təhlükəsizliyi problemləri və Azərbaycanın ekoloji özünəməxsusluqları orqanik kənd təsərrüfatını cəlbedici hədəfə çevirir.

 Qeyd edək ki, bu gün bəşəriyyət qarşısında ən qlobal problemlərdən biri qida təhlükəsizliyidır. Bu problemin həllində əhalinin maariflənməsi əsas yerlərdən birini tutur. Onu da qeyd edək ki, bu gün əhali arasında orqanik kənd təsərrüfatı haqqında bilik kasadlığı var. Xüsusən də regionlarda bu sahədə maarifləndirmə işinin aparılmasına ehtiyac var. Bu baxımdan sözügedən layihənin icrası əhəmiyyətli oldu. Layihə çərçivəsində keçirilən tədbirlərdə iştirakçılara sertifikatlar və dəftərxana ləvazimatları təqdim olunub.