adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Avqust 2022 14:16
440
SİYASƏT

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.

Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər avqustun 24-də baş tutacaq.

Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.