adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Dekabr 2022 12:00
527
HADİSƏ

Qardaşıgilə qonaq gələn qadın özünü dördüncü mərtəbədən atdı

Bakıda qadın özünü 4-cü mərtəbədən atıb.

APA xəbər verir ki, hadisə Yasamal rayonunda, Yeni Yasamal yaşayış massivində qeydə alınıb.

Qardaşıgilə qonaq gələn qadının özünü 4-cü mərtəbədən ataraq intihar etdiyi bildirilir.

65 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.