adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Iyun 2022 11:10
655
SİYASƏT

Qarabağa gələn deputatlar, Xankəndidə piket, sərhəddə atışma - Rusiya SM niyə susur?

44 günlük müharibədən sonra Ermənistanda revanşistlərin “müharibə ” anonsları bitib-tükənmir. Ermənistanın “qonşuluq və əminamanlıq” siyasətinə qoşulma prinsipləri artıq ölkədə “xəyanət” və “satqınçılıq” kimi qiymətləndirilir. İrəvanda müxalifət partiyalarının birləşərək “Müqavimət” hərəkatı yaratması və 25 apreldən ümumxalq mitinqlərinə başlaması dediklərimizi təsdiq edir.

Beləki, Brüssel görüşündən sonra Ermənistan parlamentində müxalif “Hayastan” və “Şərəfim var” fraksiyalarının deputatları parlamentin iclas zalını tərk edərək aprelin 25 –dən aksiyalara başlayıblar. Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağın “statusu”nun arxa plana keçməsi barədə açıqlamasından sonra İrəvanda oturaq aksiyaya başlayan müxalifət baş nazirin istefası tələbini irəli sürüb.

Məqsədləri Paşinyan hökümətinin istefasını tələb etmək və “Artsax “ uğrunda mübarizəni davam etdirməkdi. “Mübarizə”nin başında isə deputatlar: İşxan Saqatelyan, Vage Akopyan, Lilit Qalstyan, Armen Rustamyan, Artur Qazinyan, Qeqam Manukyan, Andranik Tevanyan, Armen Çarçyan, Aspram Krpeyan, Artur Vanetsyan durur.Təşkilatçıdırlar, təbliğatçıdırlar.Bu qatı millətçilərə və insanlıq düşmənlərinə onlardan şərəfsiz olan parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan Türkiyə- Ermənistan münasibətlərinin normallaşması gündəmə gələn gündən Paşinyana qarşı sərt şəkildə açıqlamalar verir və ona qarşı mübarizə aparacağını elan edirdi: “ Məğlub olmuş, kapitulyasiya imzalamış rəhbərlə yalnız düşmən masa arxasına keçmək istəyər. Ona görə ki, ondan yeni gözləntilər var. Azərbaycanın satqın Paşinyandan yeni gözləntiləri olacaq, o bizi bir daha satacaq. Nikolun hakimiyyətdə qalmağının qiyməti budur”,- deyir. Saqatelyanın təbliğatı o qədər güclü olub ki, onun qarşısını heç kim almaq iqtidarında deyil.

Adalet.az erməni saytlarına istinadən xəbər verir ki, “Müqavimət” hərəkatının üzvləri vitse-spiker İşxan Saqatelyanın rəhbərliyi ilə 21-23 iyun tarixlərində Xankəndidə olub. Brüsseldə razılaşmaları yerinə yetirəcəyinə söz verən Ermənistan Baş naziri Nikol Paşinyan da, Qarabağ ərazisində “asayişi qorumağa görəvləndirilmiş və orada müvəqqəti yerləşdilirlmiş Rusiya sülməramlıları da bu təxribatçı dəstəyə zərrə qədər də mane olmayıb. Təxribatçı dəstə Qarabağın Rusiya SM –ın nəzarəti həyata keçirilən ərazidə həm separatçı rejim “rəsmləri” ilə həm də ermənilərlə görüşlər keçirərək onları da təxribatlar törətməyə sövq edən çıxışlar etmişdi. Çıxışlarında təbii ki, Azərbaycan hökumətinin ünvanına ittihamlar və qarayaxmalardan istifadə ediblər. Saqatelyan yerli mətbuata müsahibə verərkən bildirib ki, onların “təbliğatı” əhali arasında ruh yüksəkliyi ilə qarşılanıb və Saqatelyanın komandası məqsədinə yaxınlaşa bilib. Axı onların məqsədi Qarabağdakı ermənilərin Azərbaycana qarşı tez-tez təxribat aparması, təslim olmaması, sülhü qəbul etməməsidir...

Bu təxribatçı təbliğatın nəticəsidir ki, iyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutdu. Məlumat isə Azərbaycan Müdafiə Nazirliyinə məxsusdur.

Azərbaycanın sərhədlərini pozmaq kimi təxribatçı hərəkətlərin hesabatını Azərbaycan höküməti Ermənistndan da, Rusiyadan da tələb etməlidir. Üstəlik bu haqda Avropa İttifaqına, şəxsən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və diğər qurum və rəsmi şəxslərə şikayətlər göndərməlidir. Əks halda müharibə qaçılmaz olacaq.

Qeyd edək ki, 8 iyunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana işgüzar səfər edib. O səfər çərçivəsində Lavrov soydaşlarının qulağına nə pıçıldayıbsa erməni müxalifəti o gündən sonra necə deyərlər”qan-qan” deyirlər.

Əntiqə Rəşid