adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Avqust 2021 11:47
29699
AVTOMABİL

Qadın avtobusdan düşəndə yıxıldı

Metronun «Neftçilər» stansiyasından Yeni Günəşliyə hərəkət edən 50 nömrəli marşrutun 10 TG 758 nömrəli avtobusunda avqustun 18-də saat 14:05 dəqiqədə bir hadisə baş verdi. Belə ki, sürücü Babək prospekti ilə hərəkət edərkən 2-ci yola keçib, dayanacaq olmayan yerdə avtobusu saxlayanda qadın sərnişin düşərkən yolun hərəkət hissəsinə yıxıldı. Bu vaxtı qarşı tərəfdən gələn avtomobilin sürücüsü cəld tərpənərək maşını saxladı.

Əgər o cəld tərpənməsəydi, avtomobil qadını vuracaqdı. Avtobusdakı sərnişinlər və minik maşınının sürücüsü qadına yaxınlaşıb ona kömək göstərdi və səkiyə çıxartdılar. Xoşbəxtlikdən qadın elə bir xəsarət almadı. Amma 10 TG 758 nömrəli avtobusun sürücüsü çox böyük səhlənkarlıq eləmişdi. Çünki orda dayanacaq yox idi. Dayanacaq olmayan yerdə düşəndə bax sərnişinləri belə təhlükə gözləyir.

 

Emil FAİQOĞLU