adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 May 2022 13:01
482
İDMAN

PSJ 9 futbolçusu ilə yollarını ayırır

Avropa klublarının ən zənginlərindən sayılan PSJ bir neçə qiymətli müqavilədən sonra bəzi futbolçuları ilə ayrılmağı planlayır.

Adalet.az xəbər verir ki,klub xərclərini idarə etmək və azaltmaq üçün 9 futbolçunu heyətdən göndərməyi düşünür.

Fransa Liqasında çempionluğu yaşayan PSJ Çempionlar Liqasında yenidən xəyal qırıqlığına uğrayıb. “Real Madrid”lə anlaşmaq üzrə olan Mbappeni yenidən heyətində saxlayan klub əvəzindən 400 milyon dollarlıq transferdən imtina etməli olub.

Bunun qarşılığında isə 9 futbolçunu heyətindən göndərməklə xərclərini azaltmağı planlayır.

Cavid