adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Noyabr 2022 12:02
388
SAĞLAMLIQ

Pfizer və Moderna ilə bağlı qərar

Artıq 2 ildən çoxdur ki, koronavirusla mübarizə aparan dünya Pfizer və Moderna şirkətlərinin verdiyi qərardan danışır.

Adalet.az-ın məlumatına görə, peyvənddən sonra problem yaşadığını iddia edən xəstələr üçün iki şirkət flaş addım atıb.
2019-cu ilin son aylarında həyatımıza daxil olan Koronavirus (Kovid-19) bütün dünyada milyonlarla insanın həyatına son qoyub.

Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, belə demək mümkünsə, qabığını dəyişməyə davam edir.
Daha yoluxucu, lakin daha az öldürücü olan Omicron variantından sonra bir çox ölkə istirahətə qərar verərkən, dünya Pfizer və Moderna tərəfindən qəbul edilən qərardan danışır.

İngilis Daily Mail-də çıxan xəbərə görə, Moderna və Pfizer peyvəndlərin uzunmüddətli problemlərə səbəb olub-olmadığını araşdıracaq.

Bu çərçivədə şirkətlər peyvəndlərdən mənfi təsirləndiyini iddia edən insanları müayinə edəcək.

Bu yolla şirkətlər peyvəndin hər hansı mənfi təsirinin olub- olmadığını müəyyən etməyi və müzakirələrə son qoymağı hədəfləyir.

Əntiqə Kərimzadə