Pezeşkian: "Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil"
İran Prezidenti Məsud Pezeşkian hökumətin xalqın sosial və iqtisadi problemlərinin həllinə yönəlmiş prioritetlərini vurğulayıb.
Adalet.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Parlamentin plenar iclasında prezident bildirib ki, İran parlamenti hər həftə bir gününü insanların problemlərinə həsr etməyə çalışır:
"Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil. Bu ilin büdcəsi elə qurulmalıdır ki, insanların güzəranı əsas prioritet olsun. Əgər xalqın dolanışığını təmin etməsək, nəyə sahib olsaq da, hər şey mənasız görünəcək".
Pezeşkian, habelə, İranın zəif qalmasına imkan verməyəcəyini və milli birliklə ölkənin problemlərini həll etməyə çalışacağını qeyd edib.
Digər Xəbərlər
12 Noyabr 2025 12:49
Paşinyan Bakı ilə danışıqlar üzrə sənədlərin ilin sonuna qədər dərc olunmasəbəbini açıqlayıb
12 Noyabr 2025 12:13
Venesuela müdafiə olunmağa hazırlaşır
12 Noyabr 2025 11:31
Çində yeni açılmış körpü uçdu - ANBAAN VİDEO
12 Noyabr 2025 11:19


Bakı -°C

