adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Oktyabr 2022 16:40
387
SAĞLAMLIQ

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 779 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 313, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 145, üç və daha çox doza vaksin vurduranların sayı 273, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 48 nəfərdir.