adalet.az header logo
  • Bakı 11°C
23 Sentyabr 2022 12:29
478
İDMAN

ÖZÜMÜZÜNKÜLƏR QIRILIB QURTARIB Kİ…

Qədir Rüstəmovun çox maraqlı bir fikri var.

Seyran Səxavət soruşur:

- Qədir, yəqin uşaqlara  arvad qohumlarının  adını  qoymusan…

Qədir:

- Niyə, özümüzünkülər qırılıb qurtarıb ki?

İndi «Sumqayıt»ı qırx arşın quyunun  dibinə salan Baqa çıxıb getdi . Mətbuatda oxuyuram ki, «Sumqayıt»a yeni baş məşqçi axtarırlar. Samir Abbasovun və daha iki əcnəbi məşqçinin söhbəti gedir.

Bizim «Pro» kateqoriyalı öz məşqçilərimiz, ayıb olmasın, küçədə it döyür.  Əcnəbi məşqçinin  fəaliyyətini  gördük də. Elə Samir Abbasov ən layiqli namizəddi.

Qədir Rüstəmovun sözü olmasın, bizim məşqçilər qırılıb qurtarıb ki, əcnəbi məşqçi axtarırsınız?