Onlayn maliyyə dələduzluq piramidasına qarşı əməliyyat keçirildi - VİDEO
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) onlayn dələduzluq piramidası olan “Zuerx” platformasına qarşı əməliyyat keçirib.
Din-dən Adalet.az-a verilən məlumata görə, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən piramidanı idarə edən şəxslər 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla məlub olub ki, onlar “Whatsapp” və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400 nəfərdən artıq şəxsə “Zuerx” piramidasına kriptovalyuta formasında yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dair yalan vədlər veriblər. Saxlanılan şəxslər insanlarda inam yaratmaq və platformaya yeni üzvlər cəlb etmək məqsədilə zərərçəkənlərin hesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolik məbləğlərdə ödənişlər də köçürüblər.
Şirnikləndirici təkliflərə aldanan şəxslər isə daha çox gəlir əldə etmək niyyətilə həmin dələduzluq piramidasına böyük məbləğlərdə pul vəsaiti göndəriblər. Sonda isə zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən dəstə üzvləri “Zuerx” piramidasının fəaliyyətini dayandırıblar.
Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Sonda bir daha vətəndaşlara onlayn platformalarda qarşılaşa biləcəkləri və heç bir iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin kriptoyatırım adı altında yüksək faizli gəlir təklif edən tətbiqlərə inanmamağı tövsiyyə edirik.
Digər Xəbərlər
02 Dekabr 2025 13:07
Şərurda evlərdən oğurluq edən şəxslər saxlanıldı
02 Dekabr 2025 10:39
Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO
01 Dekabr 2025 18:37
Bakıda 11 il əvvəl törədilmiş cinayətin ÜSTÜ AÇILDI
01 Dekabr 2025 18:20
Şərurda evlərdən oğurluq edən şəxs saxlanıldı
01 Dekabr 2025 17:26
Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı
01 Dekabr 2025 12:55
Su polisi Xəzər dənizində brakonyerlik edən şəxsi saxladı
01 Dekabr 2025 12:49
İnterpol xətti ilə axtarışda olan 12 nəfəri Türkiyəyə ekstradisiya edilib
01 Dekabr 2025 12:39


Bakı -°C

