adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
19 Iyul 2022 16:52
668
SAĞLAMLIQ

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 342 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 527, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 175, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 382, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 258 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 793 947, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 362 122, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 356, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 323 740, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 251 729 nəfər təşkil edir.