adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Fevral 2023 12:06
2636
ŞOU-BİZNES

Nura ilə Şəbnəm arasında nə baş verir ?...

Müğənni Nura Surinin Şəbnəm Tovuzlunun mahnılarında səsinə effekt qoydurduğu haqda fikirlərinə qarşı tərəfdən cavab gecikməyib.

Adalet.az xəbər verir ki, bu haqda Tovuzlunun prodüseri Şahanə Ayazqızı mətbuata açıqlamasında deyib.

“Bu onun şəxsi fikridir. Yəqin ona xoş gəlməyib, bildirib. Amma Şəbnəm xanımın canlı ifasını da təsdiqləyib, ona görə sözüm yoxdur. Müğənni effekt qoymur, onu aranjimançılar qoyur”, - deyə, Ayazqızı vurğulayıb.

Qeyd edək ki, bu gün N. Suri qonaq olduğu verilişdə Şəbnəmin canlı ifasını bəyəndiyini, lakin mahnılarında səsinə effekt qoydurduğunu söyləmişdi.
 

Əntiqə