adalet.az header logo
  • Bakı 12°C
03 Dekabr 2021 13:59
1699
ƏDƏBİYYAT

 ADANADA ŞEİR və MUSİQİ BAYRAMI - İlqar Türkoğlu yazır

Adanada düzənlənən 6-cı Türk Dünyası Çukurovada Şeir və Musiqi festivalı pandemiya səbəbindən bir il gec, yəni 21-22-23-24 noyabr 2021-ci il tarixdə reallaşdı. Şübhəsiz, bu qəbildən olan tədbir və festivallar Türk Dünyası insanlarının birlik və bərabərliyi üçün onların biraraya gəlməsində misilsiz rol oynayır. Qeyd edim ki, Çukurova Ədəbiyyatçılar Dərnəyinin Başqanı çox hörmətli Halise Tekbaş xanımın böyük zəhməti ilə düzənlənən bu festivallar öz zənginliyi və maraqlı keçməsi ilə iştirakçıların yaddaşına həkk olunaraq şirin xatirələrə çevriləcək.

Festivala, əvvəlcədən planlaşdırdığımız kimi, Azərbaycan nümayəndə heyəti ilə birlikdə Özbəkistan və Qırğızıstandan olan dostlarla bir gün öncə paytaxt Ankaraya gələrək Mustafa Kamal Atatürkün və Məmmədəmin Rəsulzadənin anıt qəbirləADANADA rini ziyarət etməklə başladıq. Bu ziyarətlər zamanı Türk insanlarının Atatürkə olan sonsuz sevgisinin bir daha şahidi olduq. Sıradan bir gündə anıt qəbrini ziyarət edən insan seli dayanmadan hərəkətdə idi. Bu mənzərəni, bu ziyarətləri həftənin hər günü müşahidə etmək mümkündür.

Məni çox kövrəldən isə, Məmmədəminin anıt qəbrini ziyarət edənlərin seyrəkliyi idi. Bununla belə, bayraqlara bürünmüş anıt qəbrin ətrafı insan selini xatırladırdı. Əminəm ki, bu qutsal ziyarətlər yaddaşlarda qalmaqla xoş xatirələrlə anılacaq.

5 gün ərzində davam edən 6-cı festivalın ilk günündən Bələdiyyə başqanlarının sevgi və qayğısı ilə əhatə olunan iştirakçılar onların ədəbiyyata və sənətə nə qədər önəm verdiklərinin şahidi oldular. Onların festival iştirakçıları ilə bərabər olması, bir masada yemək yeməsi türk insanının nə qədər sadə və təvazökar olduğunu, xalqın onları bu vəzifələrə doğru seçdiklərinin bariz nümunəsi idi.

Festivalın maraqlı keçməsinə proqramın zənginliyi də əsas verirdi. Salonlarda şeir və musiqi dinləmələri ilə yanaşı Adananın digər bölgələrinə edilən səyahətlər, tarixi yerlərin ziyarəti çox yaddaqalan idi.

Bütün festivallara hər il öz isti qucağını açan Karaisalı Bələdiyyəsinin bu ənənəni davam etdirməsi, Kozana bölgəsinə səyahət və bu bölgənin Bələdiyyə başqanının və digər dövlət qurumlarının rəhbərlərinin, xüsusilə də, insanların festival iştirakçılarını coşqu ilə qarşılamaları bizi son dərəcə məmnun etdi.

Festivala ev sahibliyi edən və onun möhtəşəm keçirilməsində əvəzsiz xidmətləri olan Adana Böyükşəhər Bələdiyyə başqanı sayın Zeydan

Karalara, Karaisalı Bələdiyyə Başkanı sayın Saadettin Aslana, Başqan vəkili Cemalettin Sürmeye, Karaisalı Kaymakamı Mert Kumçuya, Kozan Bələdiyyə Başkanı Kazım Özgana, Kozan Bələdiyyə Başkan yardımçısı Adem Saygıcaka, Kozan Bələdiyyə Başkan yardımçısı Yaşar Göke, Kozan Bələdiyyə Başkan yardımçısı Süleyman Şenoğluya, Kozan Bələdiyyə Başkan yardımçısı Arif Dağlıya, Kozan Kaymakamı Şafak Gürcama, Sarıçam Bələdiyyə Başkanı Bilal Uludağa, Sarıçam Bələdiyyə Başkan yardımçısı Lütfi Doğana, Sarıçam Bələdiyyə Basın Yayın və Xalqla Əlaqələr Müdiri Şükrü Gedikə, tədbir üçün salonu üzümüzə açan Seyhan Bələdiyyə Başkanı Akif Kemal Akaya, festivalda iştirak edərək bizləri şərəfləndirən qiymətli kültür müdirlərinə, tədbiri fasiləsiz lentə alan OTAĞ TV əməkdaşlarına verdiyi dəstəkləri üçün çox-çox təşəkkür edirəm.

Bu festivala Qırğızıstan Mədəniyyət və Turizm naziri Jamankulov Azamat Kaparoviçin və onun müavini Amanova Saltanat Abdildayevnanın, Qırğızıstan Yazarlar Birliyinin sədri Kalıbekov Nurlanbek Oskonaliyeviçin, Qırğızıstan Kitab palatasının rəhbəri Koyçuman Momunkulovun, "Yanqi Ovoz” Orta Asiya Yazarlar və Tarixçilər Birliyinin sədri Joldoşbek Monoldorovun, Özbəkistan Yazarlar Birliyinin və Qazaxıstan nümayəndələrinin Türk Dünyası insanlarının biraraya gəlməsi üçün verdikləri önəmi də qeyd etmək istəyirəm. Son üç ildə Orta Asiya Türk respublikaları ilə əlaqələrdə "Yanqi Ovoz” Orta Asiya Yazarlar və Tarixçilər Birliyinin sədri Joldoşbek Monoldorovun gərgin əməyini də xüsusilə qeyd etmək istəyirəm. Bu çalışmaların nəticəsi olaraq, Qırğızıstan üzrə Çukurova Ədəbiyyatçılar Dərnəyinin Onursal Başqanı seçilməsindən dolayı dəyərli dostum və qardaşım Joldaşbek Monoldorovu səmimi qəlbdən təbrik edirəm.

Bu qısa qeydlərimin sonunda bir daha Çukurova Ədəbiyyatçılar Dərnəyinə və onun Başkanı sayın Halise Tekbaş xanıma uğurladığı bu festivallarla türk insanlarının birlik və bərabərliyi üçün biraraya gətirilməsində gördüyü misilsiz işlərə görə öz səmimi minnətdarlığımı və təşəkkürlərimi sunuram. Var olun!

Yaşasın Türk Dünyası!