adalet.az header logo
  • Bakı -°C
02 Dekabr 2025 17:10
33
İQTİSADİYYAT
A- A+

Nazir kimlərin erkən pensiyaya çıxdığını açıqladı

"Erkən təqaüdə çıxmaq məsələsi böyük aktuallıq kəsb edir. Azərbaycanda güzəştli şərtlərlə erkən pensiyaya çıxmaq hüququna malik olan şəxslərin sayı və kateqoriyası sosialyönümlüdür. Erkən pensiyaya çıxmaq hüququ çoxuşaqlı analara, zərərli və ağır əmək şəraitində çalışanlara, pilotlara, ahıl və əlilliyi olan şəxslərə qulluq edənlərə şamil edilir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib. 

"Təkcə 200-dən çox sahə üzrə 4000-dən çox vəzifə və peşələr üzrə fəaliyyət göstərmiş şəxslərə yaşa görə 5 il erkən pensiya təyin olunur. Son dövrlər edilmiş dəyişikliklərə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən şəxslərin siyahısına 65 peşə və vəzifə əlavə edilib. Bu, erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsinin genişlənməsinə səsəb olub. Bu istiqamətdə mütəmadi olaraq təhlillər aparılır", - deyə nazir bildirib.