adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Yanvar 2022 17:28
305
DÜNYA

Nazarbayev müəmmasına aydınlıq gəldimi?

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev 2-3 yanvarda Alma-Atı yaxınlığındakı doğma kəndinə gəlib, sonra ordan Qırğızıstan keçərək ordan da Birləşmiş Ərəb Əmirliyinə uçub. Bu barədə  həmkəndliləri "Moskovski Komsomoles" qəzetinə məlumat veriblər.
 

"Nazarbayev Yeni ildən sonra kəndə gəlib, xəstə qardaşı Bolatı ziyarət edib. Ondan sonra bildiyimiz qədər, yaxın ailə üzvləri ilə birlikdə zirehli maşınlarla Qırğızlstan sərhəddinə doğru gediblər. Orda onları  qarşılayıb aeroporta gətiriblər və onlar ailəliklə Birləşmiş Ərəb Əmirliyinə uçublar"- deyə kənddə administrativ vəzifə tutan şəxs bildirib.
 

Müsahibin sözlərinə görə ona Qırğızıstan rəhbəru Sadır Japparov köməklik edib. Nazarbayevin Əmirliyə getməsini, onun bu ölkədə çoxsaylı qohumlarının olması ilə də təsdiqləmək olar. Nazarbayevin qızı Aliyə Nazarbayevanın instaqram səhifəsindən də onun Ərəb Əmirliyində olmasını müəyyən etmək olar.
 Daha əvvəl Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovsi Nazarbayevin artıq öldüyünü və dəfn olunduğunu güman etdiyini bildirmişdi. 

 

Lenta.ru saytından tərcümə:
Rüstəm Hacıyev