adalet.az header logo
  • Bakı 13°C
30 Yanvar 2023 12:05
520
KRİMİNAL

Naxçıvanda lotereya adı altında qadınları aldatmaqda şübhəli bilinən şəxslər saxlanılıb

Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotereya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən ediliblər.

Bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri - Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Araşdırmalarla onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək, əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarının 100-500 manata satdıqları aşkarlanıb. Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur.

Faktla bağlı araşdırmalar davam edir.