adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
31 Yanvar 2023 12:26
419
KRİMİNAL

Naxçıvan sakini narkotiklə tutuldu

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib.

Adalet.az xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə Babək rayonu Məzrə kənd sakini 1984-cü il təvəllüdlü Vidadi İbrahimov saxlanılıb. Onun üzərindən 5,137 qram olan metamfetamin aşkar edilərək götürülüb.

Psixotrop maddənin hansı mənbədən əldə etməsi istiqamətində tədbirlər davam etdirilir.