adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 Yanvar 2023 13:20
228
DÜNYA

NATO-nun baş katibi Ukraynaya silah göndərmək üçün yeni dövlətlər axtarışına çıxıb

NATO-nun baş katibi Yens Stoltenberq, ötən istirahət günlərində Cənubi Koreyaya səfər edib və bu ölkənin rəhbərləri ilə görüşü zamanı Ukraynaya kömək məqsədilə yeni tərəfdaş axtarmağa çalışıb. Alyansın başçısı, Seulu Kiyevə silah göndəməyəcəyi ilə bağlı verdiyi sözdən geri çəkilməyə çağıraraq təkid edib ki, onlar Kiyevə silah göndərsinlər.

  Bu barədə məlumat verən Bloomberg yazır ki, Stoltenberq çıxışlarının birində qeyd edib ki, "Avropada baş vetənlər, Hind-Sakit okean regionu üçün də böyük əhəmiyyət daşıyır. Asiyada baş verənlər isə, NATO üçün əhəmiyyət daşıyır". Alyansın baş katibi Cənubi Koreya rəhbərliyini, Ukrayna-Rusiya danışıqlarını tezləşdirmək üçün bunun vacib olduğuna inandırmağa çalışıb. Stoltenberqin fikirincə, Ukraynanın sulala təmin olunması danışıqlara başlamağı tezləşdirə bilər.

Stoltenberq,  bu məqsədlə daha bir tərəfdaş tapmaq üçün Yaponiyaya da səfər etməyi planlaşdırır. Baxmayaraq ki, Yaponiya Ukraynaya kimyəvi müdafiə geyimləri və pilotsuz uçuş aparatları göndərib, letal silahların göndərilməsindən isə imtina edib. NATO-nun baş katibi bu məsələnin həll olunması üçün Yaponiya hakimiyyətini razı salmağa çalışacaq.

ABŞ və Qərb nə qədər Rusiyanın guya Ukrayna ilə müharibə aparması imitasiyaslnı yaratmağa çalışsalarda, əslində dünyanın az qala yarısının bu müharibədə faktiki iştirak etməsi göz qabağındadır. 

 Görünən odur ki, Putinin Sem dayının qurduğu oyuna düşməsi, Rusiyaya baha başa gələ bilər. 

  Rüstəm Hacıyev