adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Dekabr 2022 13:41
338
SAĞLAMLIQ

Narkomaniya ilə mübarizədə üzücü statistika

Azərbaycanda dövlət səviyyəsində narkomaniya ilə mübarizə aparılsa da, istifadəçilərin sayı artır.

Adalet.az  xəbər verir ki, bunu “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman

Səbinə Əliyeva deyib:O bu haqda danışarək qadınların arasında bu sayın  olduqca çoxaldığını deyib.

“Cəzaçəkmə müəssisələrinə baş çəkən zaman narkotiklə bağlı cinayətlərə görə saxlanılan qadın məhkumları görmək mənə çox pis təsir edir. Statistikaya görə, 2020-ci ildə ümumi 33788 nəfər narkotik istifadəsi kimi rəsmi qeydiyyatda olubsa, 2022-ci ildə bu rəqəm 34602 nəfərdir”, - deyə Səbinə Əliyeva qeyd edib.

Əntiqə Kərimzadə