adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Avqust 2022 09:12
4038
DÜNYA

Musienko: "Bu, Tanrının ruslara cəzasıdır"

Rusiya bir çox texnikasını, xüsusilə də aviasiyasını Krımın Saki aerodromunda cəmləşdirib. Ukraynanın bu obyektə hücumu Rusiya üçün bir siqnaldır.

Adalet.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Aleksandr Musienko deyib.

"Bu, ruslar üçün gələcəkdə baş verə biləcək hadisələrlə bağlı çox yaxşı xəbərdarlıqdır. Həmçinin, mən bunu Tanrının cəzası da adlandırıram", - o deyib.

Onun sözlərin görə, Krımda baş verən partlayışlar Ukraynaya Rusiya qüvvələrinin məhv edilməsi və ərazilərin geri qaytarılması üçün kompleks şəkildə strategiya qurmağa imkan verir.