adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Sentyabr 2022 12:52
678
ƏDƏBİYYAT

MİRZƏ ƏLƏKBƏR SABİR: QAÇ, AT BASDI! 

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir! 

Ötüşdən çıxan bir cəmaət gəlir! 

Edib cümlə əqvamə səbqət, gəlir! 

Verib hər kəsə dərsi-ibrət, gəlir! 

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir! 

Çəkil, yol ver, at bağrı çatlatmışıq, 

Vurub yıxmışıq, tutmuşuq, atmışıq, 

Çapıb qovmuşuq, qan-tərə batmışıq, 

Yığıb milləti bir yerə qatmışıq, 

 

Müsavat, ədalət, üxüvvət gəlir! 

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir! 

Neçə əsrdir indi biPehtimam, 

Qoyub nami-milliyyətə ehtiram, 

Qoçaq, əlləşib çarpışıb sübhü şam, 

Xüsusən bu sonku beş ildə təmam 

Edib aləmə bəxşi-heyrət, gəlir! 

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir! 

Nədir, yoxsa zənnincə etdim xəta? 

Sus! Etməm xəta! Söyləməm nabəca! 

Məzah etmiş oldum sanırsan bəsa? 

Dodaqaltı gülmək nədir, söylə ya? 

Sənə bəlkə bunlar zərafət gəlir? 

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir! 

Buyur, qıl da dünyayə ətfı-nəzər, 

Müsəlman kimi kim olub bəxtəvər?! 

Bu İran, o Türkiyə - həp bixətər, 

Əvət, başla Fasdan Xətayə qədər, 

Baxıldıqca qəlbə məsərrət gəlir!.. 

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir! 

O Albanyada amavud qeyrəti, 

Bu Qəzvindəki mürtəce hey’əti, 

Kiriddə müsəlmanların haləti, 

Buxarada məzhəbçilər söhbəti, 

Yəməndən də başqa rəvayət gəlir!  

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir! 

Bu Rusiyyənin əhli-imanları  

Ki, yə’ni bu səmtin müsəlmanları, 

O yekşənbə, cüm’ə, bu dükkanları, 

O dum macərası, bu vicdanları, 

Hələ e’tirazə nə hacət gəlir? 

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir! 

Bu - Qafqaz, bu da - Qafqaz arifləri, 

Bu da - əhli-nazə təarüfləri, 

Bu millət yolunda məsarifləri, 

Bu da şanlı-şanlı maarifləri, 


Bunlardan dəxi boylə xidmət gəlir!  

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir! 

Bununla belə biz neçin bəxtiyar  

Olub etməyək də hələ iftixar?! 

De, nöqsanımız hansıdır, zinhar? 

Bu - siyrət, bu - surət, bu - qeyrət, bu - ar...  

Bizə, ya, nə nisbətlə töhmət gəlir? 

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir! 

Həp əfradımızda bir əzmü səbat, 

Bu əzmü səbat ilə bulduq nicat, 

Bu gün cümləmiz bəkləriz bir həyat, 

Bir əhval, bir fıkr, bir iltifat... 

Bu əfkarə qarşı nə diqqət gəlir? 

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir! 

Hanı bizdə, yahu, nifaqü təzad? 

Hanı bizdə həmdinimizlə inad? 

Bu - ülfət, bu - rəf ət, bu da - ittihad!.. 

Bax, iştə, bu - məclis, bu da - in’iqad! 

Nə mabeynə nifrət, nə lə’nət gəlir, 

Nə böhtan, nə hədyan, nə qeybət gəlir,  

Nə cib, nə cibişdan, nə rüşvət gəlir,  

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!..