adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Fevral 2023 11:42
795
İQTİSADİYYAT

Mikayıl Cabbarov Naxçıvanda görüş keçirdi

Naxçıvanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək müzakirə edilib.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

O vurğulayıb ki, həmkarlarla birlikdə tarixi diyarımız olan Naxçıvanda səfərdəyik: "Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə regionun iqtisadi potensialı, biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək barədə fikirlərimizi bölüşdük".