adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyul 2022 13:43
779
SAĞLAMLIQ

Meymunçiçəyi Nyu-Yorkda:  FÖVQƏLADƏ VƏZİYYƏT elan olundu

Nyu-York ştatında meymunçiçəyi xəstəliyinin kütləvi yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Adalet.az xarici KIV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət administrasiyası məlumat yayıb.

Bu barədə açıqlama verən qubernator Keti Hokul ştatda meymunçiçəyi xəstəliyinin yayılması ilə bağlı son məlumatları təhlil edildikdən sonra, virusa qarşı mübarizə səylərini gücləndirmək üçün fövqəladə vəziyyət elan etmək məcburiyyətində qaldığını bildirib.

"Yoluxma hallarının dörddə biri Nyu Yorkda baş verir. Mən və komandam ştatı daha çox peyvəndlə təmin etmək, testləri genişləndirmək və epidemiya zamanı əhalini təhlükədən qorumaq üçün gecə-gündüz işləyirik" - K.Hokul qeyd edib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzlərinin (CDC) son məlumatına görə, dünən Nyu-York ştatında 1345 yoluxma halı qeydə alınıb.(publika.az))