adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Yanvar 2022 14:33
557
İDMAN

Məşhur tennisçi saxlanıldı

Serbiyalı tennisçi Novak Cokoviç Avstraliyanın Melburn şəhərində saxlanılıb.

Adalet.az "The Age"yə istinadən xəbər verir ki, bu barədə idmançının atası məlumat yayıb.

Onun sözlərinə görə, Avstraliya Federal Məhkəməsinin 35 yaşlı idmançının vizasının ləğv edilməsi və ölkədən deportasiya olunması qərarını qüvvədən salsa da, Cokoviç yerli hökumət tərəfindən saxlanılıb. Vəkillər onun ölkədən deportasiya edilməsinə çalışır.

Qeyd edək ki, yanvarın 5-də Novak Cokoviçin vizası ləğv edilib. Dünyanın bir nömrəli tennisçisi koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurmasına görə bu qadağa ilə üzləşib.