adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Yanvar 2022 12:34
704
İDMAN

Mbappe "Real"la müqavilə imzalayacaq - ÇL-in oyunlarından sonra

PSJ-nin futbolçusu Killian Mbappe Çempionlar Liqasının matçlarından sonra "Real"la müqavilə imzalayacaq.

Adalet.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb. Bildirilir ki, Madrid təmsilçisi keçidə heç nəyin mane olmayacağına əmindir. Qeyd olunub ki, artıq tərəflər arasında razılıq əldə olunub, sadəcə imzalamaq qalıb. Çempionlar Liqasının 1/8 mərhələsində PSJ - "Real" matçlarından sonra müqavilə imzalanacaq.

Xatırladaq ki, Mbappe 2017-ci ildə "Monako"dan PSJ-yə keçib. Onun klubu ilə müqaviləsi bu ilin iyunu başa çatır.