adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Yanvar 2022 09:36
294
MƏMLƏKƏT

Masallı sakinlərindən qanunsuz silah götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri E.Cabbarov, Z.İsayev, X.Əliyev, N.Rəhmətov, H.Yağubovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 5 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.