adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Iyun 2022 09:59
1087
İDMAN

Manedən gələcək xanımına sosial şəbəkə qadağası

“Liverpul”un seneqallı hücumçusu Sadio Mane gələcək həyat yoldaşının sosial şəbəkə hesabının olmayacağını bildirib.

“Bir çox qızlar məndən niyə evlənmədiyimi soruşurlar, amma üzr istəyirəm, sadəcə vaxt itirirsiniz. Evləndiyim qadın sosial şəbəkədə olmayacaq. Mən Allaha və duaya hörmət edən qadınla evlənmək istəyirəm”, - deyə Mane bildirib.

Qeyd edək ki, “Bavariya” Mane ilə 3 illik müqavilə imzalaya bilər. “Liverpul”la danışıqlar son mərhələyə qədəm qoyur və tezliklə “Bavariya” seneqallı hücumçunun transferi üçün yeni sorğu təqdim edəcək.

Daha əvvəl Almaniya klubunun 30 yaşlı futbolçu üçün 35 milyon avro və müəyyən sayda hücumçu qolundan sonra 5 milyon avro bonus təklif edəcəyi bildirilirdi.