adalet.az header logo
  • Bakı 11°C
07 Dekabr 2021 15:08
761
SAĞLAMLIQ

Maldiv adalarında “Omikron” ştamına ilk yoluxma qeydə alındı

Maldiv adalarında “Omikron” ştamına ilk yoluxma halı qeydə alınıb.

Adalet.az TASS-a istinadən xəbər verir ki, virus noyabrın 27-də CAR-dan gəlmiş turistdə aşkarlanıb.

İndi Maldiv hökuməti yeni ştamın yayılması ilə əlaqədar Zimbabve, Namibiya, Mavriki, Lesoto, Botsvana, Esvatini və CAR-dan gələn əcnəbilərin ölkəyə girişinə qadağa qoyub. Bu ölkələrdən qayıdan Maldiv vətəndaşları PCR test verməli və ölkədə 2 həftə karantin rejimində qalmalıdırlar.

Xatırladaq ki, 540 min nəfərlik əhaliyə malik Maldivdə indiyədək 92 min yoluxma halı qeydə alınıb. Yoluxmuş şəxslərdən 255 nəfəri ölüb. Ölkədə 364 min nəfər tam peyvənd olunub.