adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Yanvar 2022 12:29
345
DÜNYA

Lukaşeviç güç tədbiq etmək ssenarisini mümkün sayır

Rusiyanın ATƏT -dəki nümayəndəliyinin rəhbəri Aleksandr Lukaşeviç, Donbassda vəziyyətin gərginləşməsi fonunda Kiyevin güc tədbiq edə biləcəyini istisna etmədiyini bəyan edib.
  
"Vəziyyət çox pisləşir, bu isə Ukrayna rəhbərliyinin Donbass problemini güc yolu ilə həll etmək istədiyi anlamına gətirir". Kiyev rejiminin antikonstitusion dövlət çevrilişi 2014-cü ildən, yeni hakimiyyəti qəbul etməyən Luqansk və Donetsk vilayətlərindı yerli əhaliyə qarşı başladığı əməliyyatlardan sonra baş verib. BMT-nin məlumatlarına görə bu münaqişə nəticəsində hər iki tərəfdən həlak olanların sayı 13 minə yaxındır. Vəziyyət "Normant formatı" çərçivəsində həll olunmalıydı. Lakin bu günə qədər nəinki bu məsələdə irəliləyiş var, əksinə vəziyyət günü-gündən daha da ağırlaşmaqdadır.
 
 Rusiya tərəfi isə həmişə olduğu kimi, bu məsələnində həll olunmamasında özündən başqa hamını günahkar sayır.

Rüstəm Hacıyev