adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Fevral 2023 13:18
544
ƏDƏBİYYAT

Kütlə... - Aqşin Yenisey yazır

Orteqa i Qasset keçən əsrin əvvəllərində kütlələrin gücünə ehtiyac duyan və buna görə insanları kütləşdirən faşizm və kommunizm ideologiyalarının dünyanın başına bəla olacağını sezib “Kütlələrin qiyamı” əsərini yazmışdı. Kütlələrin yaradılması dünyada müharibə hazırlığının xəbərdarlığıdır.

Bugünkü kütlələri neoliberal kapitalizm yaradır. İdeologiyası isə budur: Dünyada hər şey satıla biləndir! Satıla bilməyən, satılmaq istəməyən, satılmayan ölümə məhkumdur. İstər dini dəyər olsun, istər elmi icad, istərsə də sənət əsəri.

Kitabını oxuyan kütlələr yoxdursa, yazıçı deyilsən, ölməlisən! Tamaşana axışan kütlələr yoxdursa, teatr deyilsən, ölməlisən! Filminə baxan kütlələr yoxdursa, rejissor deyilsən, ölməlisən! Və s.

Bu gün əsl sənət adamlarını qorxudan, kütlə tənqidçisinə çevirən də bu haqsız ölüm qorxusudur. Amma unutmayaq ki, tarixin bütün dövrlərində sənət gələcək üçün həmişə öz dövrünün şərtlərinə satılmayan, öz dövründə ölümü könüllü seçən adamları diri saxlayır.

Gələcəyin diriləri bu günün ölüləridir. Necə ki, XXI əsrə XX əsrdə faşist və kommunist kütlələrin tələsinə düşməyib “ölənlər” sağ çıxdı.