adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Dekabr 2022 13:26
288
GÜNDƏM

Kriminal xəbərlərin yayılması cəmiyyəti cinayətə sürükləyirmi? –SORĞU

Kriminal xəbərlərin sayı gündən-günə artır. Xüsusən də son günlər yayılan kriminal xəbərlər müzakirələrə səbəb olur. Azyaşlıların bir-birini bıçaqlaması, tanınmış meyxanaçının qətl törətməsi və s. Bu kimi xəbərlərin saytlarda, TV-lərdə tirajlanması nə dərəcədə düzgündür? Cəmiyyəti daha da kriminal ab-havaya sürükləmirmi?

Adalet.az saytı bu mövzu ilə bağlı sayt redaktorlarının, psixoloqların fikrini öyrənib.

Mətbuat Şurasının sədri Rəşad Məcidbildirib ki, media kriminal hadisələrin işıqlandırılmasına həssas yanaşmalıdır. Xüsusən qətl törədilməsi anlarına dair görüntülərin yayılmasından uzaq durmaq lazımdır. Jurnalistlər nəzərə almalıdırlar ki, belə təqdimatlar əksər hallarda hər hansı ictimai motivə əsaslanmır, cəmiyyət üçün zərərli mahiyyət daşıyır- həm insanların psixoloji, emossional durumuna mənfi təsir göstərir, zərərçəkənlərin doğmalarına və yaxınlarına mənəvi sarsıntı yaşadır, cinayəti təbliğ edir, həm də gələcəkdə hadisəyə hüquqi baxımdan ədalətli və obyektiv yanaşma üçün şübhə yeri qoyur.Təcrübə göstərir ki, qətllə bağlı video görüntülərin yayılmasında jurnalistlərlə yanaşı, hadisənin təsadüfi şahidləri də iştirak edirlər. Belə şəxslərin də məsələnin həssaslığına düzgün yanaşmaları, sadaladığımız məqamları nəzərə almaları vacibdir.

 

 

Medianın belə hallarda məsuliyyət hissini unudaraq öz “reytinqini” ictimai maraqlardan üstün tutması, habelə informasiya mənbəyi rolunda çıxış edən şəxslərin, sosial şəbəkə istifadəçilərinin bu cür xəbərlərin cəmiyyətə təsir yükünü düzgün qiymətləndirməməsi təəssüf doğurur.

 

Millət vəkili Fazil Mustafakriminal xəbərlərin məhdudlaşdırılmasının əleyhinə olduğunu vurğulayıb. O deyib ki,əslində bir sahədən xəbərlər çox yayılanda insanlar bu xəbərlərə öyrəşirlər. Heç nəyin psixoloji təsirini ölçmək mümkün deyil. Xəbəri başlasan çeşidləməyə bütün xəbərlərin yayılması problemdir. Ailə, uşaq, kiminsə kimisə bıçaqlamağı, hansısa məhkəmənin qanunsuz qərar çıxarması və s. Bunlar hamısı neqativ sayıla biləcək xəbərlər kateqoriyasına daxildir. Amma nə etməli? Xəbər pampıq deyil ki çeşidləyəsən. Xəbəri həddən artıq məhdudlaşdırmaq olmaz. Təbii ki cinsəl xarakterli, insanların əxlaq və başqa dəyərlərinə toxuna biləcək məsələlərdə diqqətli olmaq lazımdır. Məsələn, korrupsiya da kriminaldır da, bu məntiqlə korrupsiya faktı aşkarlananda, kimsə buna görə həbs olunanda verilməməlidir? Azərbaycanda informasiyanın təsirindən çox, verilən informasiyaya laqeydlik problemi var. Laqeydlik qoymur ki, hansısa tendensiyanın qarşısı alınsın. Deyək ki, məktəbdə idmançı bir uşaq başqa uşağı bıçaqlayıbsa, bununla bağlı görüləcək profilaktik tədbirlərin əksəriyyəti görülmür. Məncə biz burada başlasaq daha doğru olar, nəinki xəbəri məhdudlaşdırmaq. Bunu doğru seçim kimi görmürəm.

 

Psixoloq Fərqanə Mehmanqızınınsözlərinə görə isə hər bir xəbəri biz özümüz yayırıq. Hər hansı bir hadisə baş verdisə, istər mənfi, istərsə də müsbət, bunu saytlar olmasa belə hər bir sosial şəbəkə istifadəçisi təbliğ edir, hətta hadisəni pisləmək belə təbliğ etməkdir. Və bugün insanlar artıq qətlə, cinayətə, adam öldürməyə adi baxırlar. Bir şey ki, çoxalmış formada göstərilirsə, bu təbliğat xarakteri daşıyır. Bir hadisə baş verir, sosial şəbəkədə n qədər istifadəçi ilə qarşımıza çıxır. Hər kəs öz sözünü demək, özünü göstərmək, “mən də varam” demək üçün hadisəyə bir-iki cümlə ilə şərh verir. İstər haqq qazandırsın, istərsə də pisləsin, artıq şüiraltı təbliğat maşınının bir parçasına çevrilir. Fakt bunu göstərir ki, yeniyetmələr və gənclər cəmiyyət kimi təbliğ edirsə özlərinə o şəxsi kumir seçirlər. Çox təəssüf, əgər bugün gənclər kriminal aləmin nümayəndələrini özlərinə kumir seçirsə, deməli bunun günahı ətrafdakı insanlardır, cəmiyyətdir. Bu kumirlər vasitəsilə hər bir yeniyetmə, hər bir uşaq seçdiyi kumiri kimi lider olmaq istəyir. Bu da cinayət törətməyə, yaxud da cinayətə meyilliliyə gətirib çıxara bilir.

 

Eminquey