adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Oktyabr 2022 10:39
486
SAĞLAMLIQ

Koronavirusdan ölənlərin sayı artdı:Ermənistanda


Xəbər verdiyimiz kimi, ötən həftə Ermənistan Səhiyyə Nazirliyi koronavirusa yoluxma ilə bağlı məlumat yaydı. Məlumatda deyilirdi ki, sentyabrın 19-25-də Ermənistanda 1431 koronavirusa yoluxma halı aşkarlanıb.

Ermənistanda indiyədək aparılan 3 milyon 210 min 961 test nəticəsində 442 min 875 koronavirusa yoluxma faktı aşkar edilib, 430 min 192 nəfər sağalıb, 8 min 683 nəfər ölüb.


Adalet.az armenpress.am –a istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyi koronavirusa yoluxma ilə bağlı növbəti məlumat yayıb. Nəşr bildirir ki, Ermənistanda sentyabrın 26-dan oktyabrın 2-dək 910 yeni koronavirusa yoluxma halı aşkarlanıb.

Ermənistanda indiyədək aparılan 3 milyon 215 min 411 test nəticəsində 443 min 785 koronavirusa yoluxma faktı aşkar edilib, 443 min 785 nəfər sağalıb, 8 min 691 nəfər ölüb.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son bir həftədə 8 nəfər koronavirusdan ölüb.
Qeyd edək ki, Ermənistan Səhiyyə Nazirliyinin ötən həftədəki məlumatında, ölkədə koronavirusdan ölənlərin sayı 4 nəfər olmuşdu.

 Əntiqə Rəşid