adalet.az header logo
  • Bakı 20°C
28 Dekabr 2022 12:18
1097
ƏDƏBİYYAT

Kolanıda kişilər olub - Qurban Bayramov yazır

Bayramov Fərman Salman oğlu 1914 cü ildə Cəvanşir qəzasımın Şixəvənd kəndində ( İndiki Ağdam rayonunun Əlimədədli kəndi ) anadan olmuşdur.

O, babasının evində savadsızlığın ləğvi kursunda təhsil almışdır. O,1935 ci ildə Ağdam Pedoqoji məktəbinə daxil olmuş və 1938 ci ildə Ağdam pedaqoji məktənini bitirmişdir.

O, 1941 1945 ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur, qardaşlarının təhsil almalarında böyük rolu olmuşdur.

Bayramov Fərman Salman oğlu1954 cü ildən 1959 cu ilə qədər Əlimədədli kənd orta məktəbində direktor müavini olmuşdur.

O,1960 cı il sənədlərini Azərbaycan Pedaqoji İnistutunun fiologiya fakultəsinə təqdim edərək 1965 ci ilə qədər Azərbaycan Pedaqoni İnistutunun fiologiya fakiltəsində ali təhsil almışdır .

Bayramov Fərman Salman oğlu 1968 ci ildən 1985 ci ilə qədər Xaçınsu tikintisi fəhlə gənclər orta məktəbinin direktor olmuşdur.

Bayramov Fərman Salman oğlu Ağdam rayon kənd sovetinə 6 dəfə, 2 dəfə də Ağdam rayon sovetinə deputat seçilmişdir. O,dəfələrlə yuxarı rəhbərlik tərəfindən orden və medallarla mükafatlandırılaraq təltif olunmuşdur.

Bayramov Fərman Salman oğlu Maarif Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür O,1989 cu ildə vəfat etmişdir,məzarı Ağdam rayonunun Əlimədədli kənd mazarlığındadır

Allah rəhmət eləsin.