adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Dekabr 2022 12:43
1217
AVTOMABİL

Köhnə avtobuslar

Köhnə avtobuslarda yayda və qışda mənzil başına getmək çox çətindi. Yayda adam istidən birtəhər olur, qışda da soyuqdan donur. Üstəlik də, istismar müddətini başa çatdırmış avtobuslar marşrut xətti ilə hərəkət edərkən tez-tez xarab olur və yarı yolda qalır. Məsələn, 50 nömrəli marşrutdakı avtobusların əksəriyyətində istilik sistemləri ya yaxşı işləmir, ya da xarabdır. Havalar da çox soyuqdur. Şaxta adamı qılınc kimi kəsir. Belə bir soyuq havada o avtobuslara minib işə getmək və qayıtmaq hər bir sərnişindən əməlli-başlı güc tələb edir.

Yenə gənclər soyuğa birtəhər dözürlər. Qoca və uşaqlar isə bu avtobuslarda hərəkət edərkən soyuq havada çox çətin anlar yaşayırlar. Görəsən, Bakı Nəqliyyat Agentliyi və eləcə də 50 nömrəli marşrutun sahibi soyuqdan donan sərnişinlər barəsində çıxış yolu axtarırmı?! Çıxış yolu isə köhnə avtobusların xətdən çıxarılması və onların yeniləri ilə əvəz edilməsidir.

Emil FAİQOĞLU