adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Iyul 2022 10:47
1087
KRİMİNAL

Kişi arvadını uşağının gözü qarşısında öldürdü - Səbəb

Şirvanda kişi arvadını uşağının gözü qarşısında öldürüb.

Bu barədə Adalet.az-a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 29-u, saat 01 radələrində Şirvan şəhər sakini 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.