adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Dekabr 2021 17:08
1167
ŞOU-BİZNES

Keçmiş arvadı şər atdı: Müğənni onun açığına sevgilisini üzə çıxartdı

Məşhur türkiyəli aktyor və müğənni Özcan Dəniz 2018-ci ildə özündən 20 yaş kiçik sevgilisi Feyza Aktanla İstanbulda, Zəkəriyyaköydəki villasında evləndi. Evlənirkən Feyza Aktan 7,5 aylıq hamilə idi.

 

Cütlük övladlarına Qüzey adı verdi. 2019-cu ilin sonlarına yaxın cütlük ayrıldı. Türkiyə mətbuatı bildirdi ki, Feyza Özcanın telefonunda başqa qadından gələn mesajları görüb. Ondan mesajlar barədə soruşduqda cütlük arasında dava olub və bu səbəbdən də evliliklərini bitirməyə qərar veriblər.

 

Bundan sonra keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan aktyor hakim qarşısına çıxıb.1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:

 

"Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyətə salmaq istəyir. Boşanmaq üçün mən müraciət etmişəm. Şiddət görən qadın olaraq o məhkəməyə müraciət etməyib"

 

Adalet.az Türkiyə mediasina istinadən xəbər verir ki, bundan həmən sonra Özcan Dəniz iranlı sevgilisi Samar Dadgarla İstanbulda kameralara tuş gəlib.

 

Onlar Arnavutköydə bir otelin restoranında yemək yeyərkən görüntüləniblər. 26 yaşlı modelyer sevgilisi ilə əl-ələ tutan məşhurun tanınmamaq üçün can atması diqqət çəkib. 49 yaşlı aktyor özündən 23 yaş kiçik sevgilisi ilə ilk dəfə yayda birgə görünmüşdü.

 

Qeyd edək ki, Feyza Aktanla boşanandan sonra aktyorun oğlu Kuzeyin qəyyumluğu anasına verilib.

 

Əntiqə Rəşid.