adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Yanvar 2022 11:25
336
DÜNYA

Kanada Ukraynaya xüsusi təyinatlılarını göndərdi

RİA Novosti Global News telekanalının  mənbələrinə əsasən yaydığı məlumatlara əsasən yazır ki, Kanada Ukraynaya xüsusi əməliyyatların həyata keçirilməsi üzrə hərbi kontingentini göndərib.
 

Telekanalın bildirdiyinə görə, bu addım NATO birliyi tərəfindən "Rusiyanın təyziqinin qarşısının alınması və Ukrayna hökumətinə dəstək göstərmək" niyyəti ilə atılıb.
 

"Xüsusi təyinatlılar eyni zamanda Ukraynada  vəziyyət gərginləşərsə, kanadalı diplomatların ölkədən çıxarılmasına yardım edəcək"- deyə materialda bildirilir.
 

CBC telekanalı isə daha əvvəl bildirmişdir ki, Kanada 200 nəfərdən ibarət xüsusi təyinatlılarını Ukraynanın güc strukturlarına təlim keçmək məqsədi ilə göndərib.

Rüstəm Hacıyev