adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Iyun 2022 13:29
760
ELM VƏ TƏHSİL

Jurnalistika üzrə magistraturaya qabiliyyət imtahanı keçirildi

İyunun 9-dan 11-dək DİM tərəfindən 2022-2023-cü tədris ili üçün jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət imtahanı keçirilib. Qabiliyyət İmtahanı Komissiyasının (QİK) üzvləri – Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycanın Əməkdar Jurnalisti Tahir Rüstəmov (“Xalq qəzeti”), filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərova, filologiya elmləri namizədləri Natəvan Atamoğlanova və Sevinc Məmmədova (Bakı Dövlət Universiteti) imtahan iştirakçılarının yaradıcılıq qabiliyyətlərini və jurnalistika üzrə nəzəri və praktiki biliklərini qiymətləndiriblər.

Dövlət İmtahan Mərkəzindən Adalet.az-a verilən məlumata görə, QİK üzvləri ilk növbədə bakalavrların dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını nəzərdən keçirib və qiymətləndiriblər.