adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 May 2022 11:53
1507
DÜNYA

İsveç Stokholmda PKK bayrağı açmaqla Türkiyəni şantaj etdi: NATO fikir bildirdi...

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə birgə mətbuat konfransında bildirdi ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq, çünki hər iki ölkə Türkiyənin terror təşkilatlarında üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiya tələbini yerinə yetirməkdən imtina edib. Dövlət başçısı onu da qeyd edib ki, hər iki ölkə terror təşkilatlarına qarşı olduğunu desələr də, terrorçuları təslim etməyəcəkləri ilə bağlı bəyanatlar var:"Bizi razı salmağa gələcəklər. Özlərinə əziyyət verib gəlməsinlər. Türkiyəyə qarşı sanksiya tətbiq edənlərə təhlükəsizlik təşkilatı olan NATO-ya üzv olmaq üçün “hə” demərik",

Adalet.az Haberler.com-a istinadən xəbər verir ki, Ərdoğanın bu açıqlamasından sonra İsveç Türkiyəyə qarşı xoşagəlməz bir addım atıb. Beləki, Stokholmda böyük bir PKK bayrağı açılıb. PKK bayraqları ilə yanaşı, Türkiyəyə qarşı şüarlar səsləndirilib.

Qeyd edək ki, məsələ ilə bağlı NATO Baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığından sonra tviter hesabında maraqlı paylaşım edib. O yazıb ki, Türkiyə dəyərli müttəfiqdir və hər hansı bir təhlükəsizlik narahatlığı aradan qaldırılmalıdır: “Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ən yaxın tərəfdaşlarımız Finlandiya və İsveç tərəfindən NATO-ya üzvlük üçün müraciət qərarları haqqında danışdım. Türkiyə dəyərli müttəfiqdir və hər hansı bir təhlükəsizlik narahatlığı həll edilməlidir. Biz bu tarixi anda bir yerdə olmalıyıq”, - NATO baş katibi bildirib.

 

Əntiqə Rəşid