İşğaldan azad olunan ərazilərə 22 milyard manat xərclənib
"Hazırda işğaldan azad edilən ərazilərdə 62 mindən çox insan yaşayır. Laçında isə 5 mindən çox sakinimiz var".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.
"Bu günə qədər Azərbaycan dövləti bu ərazilərin bərpa olunması üçün 22 milyard manata yaxın vəsait xərcləyib. Mən müqayisə üçün deyim ki, 22 milyard manat vəsait Ermənistan dövlət büdcəsinin gəlirlərindən 2 dəfə, Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən isə 1,4 dəfə çoxdur. Bu rəqəmlər onu göstərir ki, Azərbaycan dövləti həmin ərazilərin bərpası və inteqrasiyası üçün kifayət qədər böyük işlər görür", - deyə deputat bildirib.
Digər Xəbərlər
02 Dekabr 2025 10:44
TƏBİB sürücülərə təşəkkür etdi - VİDEO
02 Dekabr 2025 10:14
Vasif Talıbovun qərarı ilə yaradılan dövlət qurumu LƏĞV EDİLDİ
02 Dekabr 2025 09:00
"Avant" MTK-ya məxsus binada ev sahibi olanlar 3 ildir ƏDV-lərini geri ala bilmirlər - VİDEO
01 Dekabr 2025 18:33


Bakı -°C

