adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Avqust 2022 13:28
353
DÜNYA

İnsan qaçaqmalçılarından “yay endirimi”


Avropadakı miqrant böhranı insan qaçaqmalçılarını da hərəkətə keçirib. İnsan qaçaqmalçıları bu yaxınlarda TikTok-dakı reklamlarında “yay endirimi” tətbiq etdiklərini açıqladılar. Sosial şəbəkələrdə kampaniyaya reaksiyalar gecikməyib.

Rusiyanın Ukraynanı işğalından sonra Avropaya keçmək istəyən mühacirlərin sayında nəzərəçarpacaq artım müşahidə edildiyi dövrdə insan qaçaqmalçıları da yeni üsulları ilə hamını şoka salıb.

TikTok sosial media platforması vasitəsilə Böyük Britaniyaya qeyri-qanuni keçidləri marketinq edən bir qrup adambaşına 1500 funt-sterlinq “yay endirimi” başlatdı. TikTok-da reklam edən insan qaçaqmalçıları “Fransızlar sizə mane ola bilməyəcəklər. Siz İngiltərəyə çatana qədər təhlükəsiz şəkildə müşayiət olunacaqsınız” kimi çağırışlar ediblər.

Böyük Britaniyaya yeni qiymətlərlə çatmaq 20.000 funt-sterlinqdən 3-5 min funt-sterlinqə düşüb, qaçaqmalçıların bəzən qayıqları doldurmaq üçün qiymətləri 1500 funt-sterlinqə qədər aşağı saldıqları bildirilir.

Hadisənin ortaya çıxmasından sonra insan qaçaqmalçılarının sosial mediada verdiyi elanlara reaksiyalar artıb. Bir çox insan bu vəziyyətin “qəbuledilməz” olduğunu bildirib və reklamların dərhal silinməsini tələb edib.

 Eminquey Akif