adalet.az header logo
  • Bakı 20°C
13 Yanvar 2022 15:40
1144
ŞOU-BİZNES

İllərdir mavi gözlü bildiyimiz aparıcının göz rəngi pərəstişkarlarını çaşdırdı

Türkiyənin "Show TV" kanalının aparıcısı Ece Üner Azərbaycan tamaşaçısının sayğı və sevgisini qazanmış bir məşhurdur. Erməni təcavüzkarları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad olunmasını özlərinə sərf edən şəkildə izləyicilərinə çatdıran Kardaşyan Türkiyəni Azərbaycana qoşun göndərməməyə də çağıranda Ece Üner bu çağırışa ilk etiraz edənlərdən biri olmuşdu.

 

Ece Üner efirdə "Kim Kardaşyanın kameraya göstərməyə öyrəşdiyi böyük bir mənbəsi var. Görəsən, bunu uyduranda da həmin mənbədən yararlanıb? (Kim Kardashian'ın kameralara göstermeye alışık olduğu büyük bir kaynağı var, yine aynı kaynağı mı referans aldı acaba?) dedi. Ece xanımın bu etirazı azərbaycanlılarında, Azərbaycanı sevənlərin də ürəyindən olmuşdu.

 

Aparıçı xanım hər zaman mavi gözləri ilə də tamaşaçıların könlünə nüfuz edə bilib.

 

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sosyal medya fenomeni Yağmur Çevik YouTube kanalında Ece Ünerin linzasız halini paylaştı.İllərdir mavi gözlü olarak bildiyimiz Üner, sən demə, linzalardan istifadə edirmiş. Məşhur aparıcının bu halini daha öncə heç görməyənlər çaşqınlıqlarını gizlətməyblər.

 

Qeyd edək ki, kanal izləyiciləri Ece Ünərin gözlərinin mavi ya da ala olmasının heç nəyi dəyişmədiyini, aparıcıya olan sevgini əskiltmədiyini qeyd ediblər.

 

Əntiqə Rəşid