adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 May 2022 11:53
998
ŞOU-BİZNES

İddialar gerçəkləşdi: Məşhur cütlük boşandı...

“İffət” serialındakı rolu ilə sevilən aktyor İbrahim Çelikkol hazırda "Bir zamanlar Çukurova" serialında göstərdiyi sənət performansı ilə yenə TV-lərin serial yarışmasında serialına rekord qırmaqda yardımçıdır.

Amma yayılan xəbərlərə görə, məşhur aktyorun şəxsi həyatı elə də ürəkaçan vəziyyətdə deyil. Hələ ötən ilin payızında iddia olundu ki, İbrahim həyat yoldaşı Mihre Çelikkoldan ayrılır. Cütlük 4 illik evliliklərini bitirmək üçün artıq məhkəməyə müraciət etdiyi də deyildi. İddialar genişləndikcə ikili susmağa üstünlük verdi və hər hansı açıqlama verməkdən yayındı.

Bu ilin yanvar ayında İ.Çelikkol oğlu Aliylə İstanbulun Etilər səmtində görüntüləndi.

Jurnalistlər məlum iddia ilə bağlı aktyora suallar yağdırdı və o da Mihre Mutluyla ayrılıq xəbərlərinə aydınlıq gətirdi:"Elə bir şey yoxdur, evləri də ayırmamışıq. Belə bir şey ola bilər? Uşağın yanında bu barədə danışmayaq"-deyə jurn alistlərə etiraz edib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün İbrahim Çelikkol ilk məhkəmə qarşılaşmasında 5 illik həyat yoldaşı Mihre Çelikkoldan boşanıb.

Qeyd edək ki, İbrahimin məşhur sevgililəri olub. Tanınmış aktyor Kənan imirzalıoğlunun hazırkı həyat yoldaşı Sinem Koballa, Deniz Çakırla, Fahriya Evcenlə (Burak Özçivitin xanımı) sevgili olublar. Daha sonra adı tanınmış aktrisa Bircə Akalayla anıldı.

Əntiqə Rəşid