adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Oktyabr 2022 09:50
474
ŞOU-BİZNES

İbrahim Çelikkoldan Hadisəyə böyük dəstək:Mehmetə utanc olan kirayə haqqını...

Xəbər verdiyimiz kimi 4, 5 ay əvvəl sürpriz bir qərarla evlənən Mehmet Dinçerler və Hadisə həmin vaxt boşanan İbrahim Çelikkol və Mihre Çelikkolun evini heyrətedici qiymətə kirayələdi. Boşanan cütlüyün evini kirayələmək istəyən Hadisə və Mehmet yeni evləri üçün hər ay əlli min lirə, təxminən beş min beş yüz manat vermək haqqında müqavilə imzaladı. Ötən ay Hadisə və 4,5 aydır ailəli olduğu Mehmet rəsmi şəkildə boşandılar.


Beykoz məhkəməsinə tərəflərdən heç biri qatılmayıb. Mübahisə predmeti olan 3 milyonluq üzük və toyda taxılan qızıllar Hadisədə qalıb. Cütlük boşandıqdan sonra məlum olub ki, bir illik müqavilə ilə tutulan kirayə evin ancaq 6 ayı ödənilib.


Adalet.az CNNTürk-ə istinadən xəbər verir ki, iddialara görə, aktyor İbrahim Çelikkolun evində yaşayan keçmiş cütlüklərdən Mehmet Dinçerler evdən gedərkən kirayə haqqını ödəməyib. Bu səbəbdən də 6 aylıq kirayə haqqı və 150 min TL depozit borcu altında qalan Hadisə Zincirlikuyuda tapdığı evə köçə bilmir.


Başqa bir iddiaya görə, Mehmet Dinçerlərin 150 min TL-lik depoziti ödəmədiyi üzə çıxanda İbrahim Çelikkol "Evi istədiyin qədər istifadə edə bilərsən" deyərək Hadisəyə dəstək olub.


Qeyd edək ki, Hadisənin “evdən istədiyin əşyalarını götürə bilərsən” sözündən sonra Mehmet Dinçerlər mərasimdə Hadisənin istəyi ilə alınan robot tozsoranı və gümüş nimçəni özü ilə yığışdırıb apardığı deyilir.

Əntiqə Rəşid