adalet.az header logo
  • Bakı -°C
02 Dekabr 2025 16:08
29
İQTİSADİYYAT
A- A+

"Hər hansı ciddi vergi artımı yoxdur" - Sahil Babayev

"Azərbaycanda qeyri-neft sektoru üçün çox güzəştli və optimallaşdırılmış vergi rejimi tətbiq olunur. Bu illə gələn il arasında qeyri-neft sektoru üçün hər hansı ciddi vergi artımı yoxdur".

Adaet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı maliyyə naziri Sahil Babayev deyib. Nazir bildirib ki, Azərbaycan hökuməti özəl sektorun, xüsusilə qeyri-neft sahəsinin inkişafını nəzərə alaraq, yeni güzəştli rejim təqdim edir:

"Ümumi iqtisadiyyatımızda vergi gəlirlərinin ÜDM-də payı 15,9 faizdir. Azərbaycanın qeyri-neft sektoru üçün təqdim etdiyi vergi yükü kifayət qədər optimallaşdırılıb, qeyri-neft sektorunun inkişafını dəstəkləyir", - deyə nazir bildirib.