adalet.az header logo
  • Bakı 19°C
15 Avqust 2022 10:13
322
HADİSƏ

Həftəsonu yol qəzalarında 7 nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, avqustun 13-14-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.